Azərbaycanda universitet bitirdiyini söyləyib 33 nəfəri aldadan şəxsə 55 il həbs cəzası istənilir
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Bursa şəhərində saxta diplomla Nitq Qüsurları Mərkəzi açan 42 yaşlı Emre Nuri Korkut 33 nəfərin pulunu mənimsəməyə görə 55 il müddətinə azadlıqdan məhrum edilə bilər.
BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, Azərbaycan Universitetini bitirdiyini, Pensilvaniya Universitetində kəkələmə və dil patologiyası sertifikatı aldığını bildirən Emre Nuri Korkut 2018-ci ildə Bursada açdığı mərkəzdə gələnləri müalicə etməyə başlayıb.
Bir müddət sonra mərkəzə gələn şəxslərdən birinin şübhələnərək hüquq-mühafizə orqanlarına xəbər verməsi ilə nəzarətə götürülən Korkutun orta məktəb məzunu olduğu üzə çıxıb.
Bundan əlavə, Korkutunun iş yerində aparılan axtarışlar zamanı saxta diplomlar, professor və dosentlik sənədləri aşkarlanıb.
O, 2018-ci il fevralın 22-də məhkəmə tərəfindən azadlığa buraxılıb. Bursa Respublika Prokurorluğu qərara etiraz etməsi ilə bu dəfə Korkut həbs olunub.
Emre Nuri Korkut hər zərərçəkmiş üçün 1 il 8 ay, ümumilikdə isə 55 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Oxşar xəbərlər
Qadın məktəb direktoru jurnalisti yıxıb, üstündə oturdu...
Rüşvət almaqda təqsirləndirilən amerikapress.com saytının rəhbəri, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədr müavini, hüquq müdafiəçisi Rauf Sultanovun cina...