Azərbaycanda üç bacı dəm qazından zəhərlənib

Ağstafada üç bacı dəm qazından zəhərlənib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə yanvarın 4-də rayonun Həsənsu kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakinləri olan bacılar - Məmmədova Nərmin Rasim qızı, Məmmədova Zeynəb Rasim qızı və Məmmədli Fatimə Rasim qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.
Daha sonra rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri şəxslərin izahatları alınıb, həmin şəxslər məhkəmə-tibbi ekspertizadan keçiriliblər.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
"Tiktoker" qızı öldürən dayı: "Əlilə göstərdi ki..." - BİR QƏTLİN İZİ İLƏ
Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Xatırladaq ki, öldürülən 18 yaşlı Məmmədova Fatimə Murtuz qızı...
