Azərbaycanda toy məclisində kütləvi zəhərlənmə olub
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdədə kütləvi zəhərlənmə qeydə alınıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə toy məclislərinin birində baş verib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından əldə olunan məlumata görə, Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Səkinə Həsənova, Tərtər rayon sakinləri - 2006-cı il təvəllüdlü Məmmədli Tükəzban Seymur qızı, 1970-ci il təvəllüdlü Məmmədov Seymur Təşkilat oğlu, Bərdə rayon sakinləri - 1974-cü il təvəllüdlü Muradov Ceyhun Məhyəddin oğlu, 1999-cu il təvəllüdlü Muradov Elzamin Hüseyn oğlu, 1944-cü il təvəllüdlü Muradov Məhyəddin Həsən oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinə məlumat verilib.
Oxşar xəbərlər
36 yaşlı oğlan ruhu xəstə qıza dəfələrlə təcavüz etdi, sonra hamama saldı... - Bakıda ŞOK
Bakıda qadına qarşı təcavüz etməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Ceyhun Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib –...