Azərbaycanda toy karvanında dəhşətli QƏZA: Ölənlər arasında hərbi qulluqçular da var

Azərbaycanda toy karvanında dəhşətli QƏZA: Ölənlər arasında hərbi qulluqçular da var
Hadisə 158

Xəbər verdiyimiz kimi, Bəhrəmtəpə-Biləsuvar yolunda Pərviz Hüseynovun idarə etdiyi VAZ-21124 markalı minik avtomobili ilə N.Mehtiyevin idarə etdiyi MAN markalı yük avtomobili toqquşub.

BAKU.WS Bizim.media-ya istinadən xəbər verir ki, qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər Lalə Hüseynova, Mehriban Hüseynova, Xoşbəxt Hüseynova və Vasif İsayev dünyasını dəyişib.

Ölənlərin hamısı Cəlilabad rayonunun sakinləridir. Onların adlarını təqdim edirik:

Pərviz Allahşükür oğlu Hüseynov (1994), Xoşbəxt Arif qızı Hüseynova (1991), Mehriban Hüseyn qızı İsmayılova (1955), Aidə Yasər qızı Hüseynova (1990) və Vasif Əkbər oğlu İsayev (1995).

Qeyd edək ki, ölən kişilər Azərbaycan Ordusunun hərbi qulluqçularıdır. Xoşbəxt xanım isə bu gün toyu planlaşdırılan bəyin bacısıdır. Dünyasını dəyişənlər yaxın qohum olublar.

***17:28

"Bu gün saat 14:50-də Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində qəzaya uğrayan VAZ-21124 markalı nəqliyyat vasitəsini Cəlilabad rayon sakini 1994-cü il təvəllüdlü Pərviz Allahşükür oğlu Hüseynov, MAN markalı yük avtomobilini isə Salyan rayon sakini Bayram Namus oğlu Mehdiyev idarə edib".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

"Hadisə nəticəsində sürücü Pərviz Hüseynov və sərnişinləri 1955-ci il təvəllüdlü Mehriban İsmayılova, 1991-ci il təvəllüdlü Xoşbəxt Hüseynova, 1995-ci il təvəllüdlü Vasif İsayev və 1990-ci il təvəllüdlü Aidə Hüseynova hadisə yerində həyatlarını itiriblər.

Əraziyə polis və aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır", - deyə M.Ağayev qeyd edib.

"Biləsuvar-Bəhrəmtəpə yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı beş nəfər həyatını itirib".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

"Yol-nəqliyyat hadisəsi bu gün saat 14:50-də Biləsuvar-Bəhramtəpə yolunun beşinci kilometrliyində, Çaylı kəndi ərazisində qeydə alınıb.

Hadisə VAZ-21124 markalı 15-BV-628 dövlət qeydiyyat nişanlı avtomobillə MAN markalı 07-ZB-938 dövlət nömrə nişanlı yük avtomobilinin toqquşması nəticəsində baş verib. Nəticədə VAZ-21124-ün sürücüsü və dörd sərnişini həyatını itirib. Faktla bağlı araşdırma aparılır", - deyə M.Ağayev bildirib.

Biləsuvar rayonunda toy karvanı zamanı ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilir, yaralılar var.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər