Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü - xəsarət alanlar var - FOTO
04
fev
2021
15:01
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə təcili yardım avtomobili qəzaya düşüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində baş verib.
Ağdaş rayon sakini, 1966-cı il təvəllüdlü Rasim Soltan oğlu Rəsulovun idarə etdiyi təcili yardım maşını Mingəçevir şəhər sakini, 1990-cı il təvəllüdlü Muradov Orxan Fazil oğlunun idarə etdiyi “Lada-Priora” markalı minik maşını ilə toqquşub.
Qəza nəticəsində hər iki sürücü və təcili yardım avtomobilində olan xəstə şəhər xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Kürdəmirdə iki avtomobil toqquşub, ölən var
Kürdəmir rayonunda yol qəzası baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Təklə kəndindən keçən...