Azərbaycanda tanınmış aktrisa dünyasını dəyişib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Füzuli Dövlət Dram Teatrının qocaman aktrisası Məryəm Məmmədova vəfat edib.
BAKU.WS xəbər verir ki, aktrisa uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, Məmmədova Məryəm Eyvaz qızı 1949-cu il iyulun 01-də Füzuli rayonunda anadan olub. İşlədiyi müddətdə Anar "Təhminə və Zaur”da Təhminə, C.Cabbarlı "Almaz”da Xanımnaz, Ə.Haqverdiyev "Dağılan tifaq”da Nazlı, M.Qacar "Qabanın səfəri”ndə Toyuq, A.Məmmədov "Həmyerlilər”də Xanım, C.Məmmədov "Sevməyə vətən yaxşı”da Nurcahan nənə, A.Səfərli "Qarabağım qan ağlar”da Sona və s. digər obrazları yaradıb.
Həmçinin Mədəniyyət Nazirliyi tərəfindən "Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 2019-cu ildə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Füzuli Dövlət Dram Teatrının kollektivi mərhumun ölümündən kədərləndiyini bildirib və ailəsinə səbr diləyib.
Oxşar xəbərlər
“Uşaq səndən deyil” sözünə görə hamilə arvadını dənizdə boğdu - İSTİNTAQ MATERİALLARI
2020-ci ilin avqustun 7-də 1986-cı il təvəllüdlü Anar Əhmədovun hamilə həyat yoldaşı Şəhanə Əhmədovanı dənizdə boğub öldürməsinin təfərrüatı məlum olub. BAKU.WS...