Azərbaycanda tanınmış müəllim vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasının dosenti Sabir İskəndərov vəfat edib.
BAKU.WS xəbər verir ki, Sabir İskəndərov 1941-ci il iyunun 10-da Gürcüstanın Bolnisi rayonunda anadan olub. 1948-1959-ci illərdə Faxralı kənd orta məktəbində oxuyub. 1960-1965-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1965-1966-cı illərdə Su Problemləri Elmi-Tədqiqat İnstitutunda, 1966-1969-cu illərdə Su Təsərrüfatı Qurğuları Layihələndirmə İnstitutunda mühəndis, 1969-1972-ci illərdə Moskva Hidromeliorasiya İnstitutunda kiçik elmi işçi, 1972-1975-ci illərdə Su Problemləri Elmi-Tədqiqat İnstitutunda baş elmi işçi, 1972-1982-ci illərdə BDU-nun Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasında baş müəllim, 1982-ci ildən həmin kafedranın dosenti kimi çalışıb.
Sabir İskəndərovun əsas tədqiqat sahəsi hidrometeorologiya, su ehtiyatları və ondan səmərəli istifadə və su təsərrüfatı hesablamaları olub. O, 100-ə yaxın elmi məqalənin və iki dərs vəsaitinin müəllifi idi.
BDU rəhbərliyi və kollektivi dosent Sabir İskəndərovun vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...