Azərbaycanda tanınmış həkimin faciəli şəkildə öldüyü yerdən görüntülər - Hadisənin təfərrüatı

Azərbaycanda tanınmış həkimin faciəli şəkildə öldüyü yerdən görüntülər - Hadisənin təfərrüatı
Video
Hadisə 394

Ötən gün saat 21 radələrində Neftçala rayon sakini Yaşar Kərimov idarə etdiyi "Toyota" markalı avtomobillə su kanalı üzərindəki körpüdən keçmək istəyərkən havanın qaranlıq olması, eləcə də qatı duman səbəbindən yol şəraitini düzgün qiymətləndirə bilməyib və nəticədə avtomobil yoldan çıxaraq kanala aşıb. Köməksiz vəziyyətdə qalan 73 yaşlı Y.Kərimov hadisə yerində həyatını itirib.

BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

"BDYPİ bir daha sürücülərə müraciət edərək onları dumanlı, çiskinli havalarda daha da diqqətli olmağa, ətraf mühiti yetərincə qavramağa imkan verən sürət həddi seçməyə, ötmə, manevr etmə, dayanma, durma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə xarici işıq cihazlarının, şüşə silgəclərinin işlək vəziyyətdə olmasını nəzarətdə saxlamağa çağırır", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Yaşar Kərimov əvvəllər Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında baş həkim vəzifəsində çalışıb.

Azərbaycanda tanınmış həkimin faciəli şəkildə öldüyü yerdən görüntülər - Hadisənin təfərrüatı

Oxşar xəbərlər

Şəmkirdə küçədə söyüş söyən kişi həbs edildi

Şəmkirdə küçədə söyüş söyən kişi həbs edildi

Şəmkir rayonunda küçədə ictimai qaydanı pozan və söyüş söyən şəxs həbs olunub. BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində, mərkə...

47 Hadisə 23:36 10 yanvar 2026

Son xəbərlər