Azərbaycanda ŞOK HADİSƏ - Dəfn pulu... - VİDEO

Ölmüş adama görə ödənilən dəfn pulu kredit borcuna yönləndirilib.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Biləsuvar rayon sakini Faiq Əsgərov belə bir iddia ilə çıxış edir.
Faiq Əsgərovun sözlərinə görə, anası Elmira Abbasova oktyabr ayının 24-də vəfat edib. Faiq Əsgərov noyabr ayında anasının ölümü haqqında şahadətnaməni aidiyyəti quruma təqdim edib. Ona bildirilib ki, 720 manat məbləğində olan vəsait poçt vasitəsi ilə ödəniləcək.
Lakin bir müddət sonra bu ödənişin yubanması ilə əlaqədar Faiq Əsgərov "142 çağrı mərkəzi"nə zəng edib. Ona bildirilib ki, adına cəmi 166 manat pul ayrılıb. Faiq iddia edir ki, vəfat etmiş anasının pensiya kartına köçürülən pulunun 554 manatı kredit borcuna görə tutulub.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildiriblər ki, vətəndaşların hesabına köçürülən vəsaitlərdə Fond tərəfindən hər hansı tutulmalar aparılmır. Mərhum Elmira Abbasovanın 2022-ci ilin noyabr ayı üzrə əmək pensiyası tam məbləğdə köçürülüb.
Eyni zamanda, Elmira Abbasovanın vəfatı ilə bağlı dəfn xərci olaraq vəsait də onun vərəsəsi olan oğlunun hesabına tam məbləğdə köçürülüb. Hesabına köçürülmüş vəsaitdən tutulma ilə bağlı vətəndaşın müvafiq banka müraciət etməsi tövsiyə olunur.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
