Azərbaycanda sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi

27
fev
2021
23:13
Abşeron rayonunda gənc oğlan intihar edib.
"Report"un bölgə müxbiri xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində baş verib.
Belə ki, 20 yaşlı M.Məmmədhəsənov özünü yaşadığı evdə asıb. İntiharın dəqiq səbəbi məlum deyil.
Bununla belə, M.Məmmədhəsənovun bir neçə gün əvvəl sevdiyi qızdan ayrıldığı, bu gün isə qızın başqası ilə nişanlandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ceyranbatandakı yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-3
Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri (FHN) tərəfindən saat 16:49-da söndürül...
