Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı təhvil verilib

Özbəkistan Respublikasının vətəndaşı ölkəsinə təhvil verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmiş 1962-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Akif İmran oğlu Rzayevin həmin dövlətin Cinayət Məcəlləsinin 168-ci maddəsinin 4-cü hissəsinin "a" bəndi (xüsusilə külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) ilə məhkum edilməsinə dair ittiham hökmünün icrası üçün verilməsi ilə bağlı Özbəkistan Respublikasının Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən Akif Rzayevin ekstradisiyası haqqında qərar qəbul edilib:
"Şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib".
Oxşar xəbərlər
Həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən Səbuhinin başına nə gəlib? - RƏSMİ AÇIQLAMA
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlayıb. Bu barədə rayon prokurorluğundan BAKU.WS-ə bildirilib. Oktyabrın 16-da saat 12 radələrində Tovuz rayo...
