Azərbaycanda sabiq bələdiyyə sədrinə cinayət işi başlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda sabiq bələdiyyə sədrinə cinayət işi başlanılıb.
Bu barədə BAKU.WS-ə Ağstafa Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, rayonun Dağkəsəmən kənd bələdiyyəsində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Belə ki, Ariz Bayramovun Dağkəsəmən kənd bələdiyyəsinin sədri işlədiyi müddətdə bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanılıb.
İbtidai istintaq davam etdirilir.
Oxşar xəbərlər
“MTN işi”ndə gəlişmə: Sabiq idarə rəisi 4 milyonla azadlığa çıxır?
Külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham olunan Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin "Aztelekom” MMC-nin keçmiş rəhbəri Məhəmməd Məhəmmədovu...