Azərbaycanda restoranda yanğın - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda restoranın dam örtüyü yanıb.
Bu barədə BAKU.WS-ə daxil olan məlumata görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, FHN-in “112” qaynar xəttinə Sumqayıt şəhər, 9-cu mkr. ərazisində yerləşən “Sərin” restoranının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub.
Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Xəsarət alan yoxdur.
Oxşar xəbərlər
Şərurda mənzildə yanğın olub - FOTO/VİDEO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən BAKU.WS-ə verilən xəbərə görə,...