Azərbaycanda rayon sakini icra başçısının müavini tərəfindən döyülüb? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə Goranboy rayon sakini Verdiyev Arzu Vəli oğlu Verdiyevin prezidentə videomüraciəti yayılıb. Həmin şəxs mayın 14-də Goranboy Rayon İcra Hakimiyyətinin başçısının qəbuluna getdiyini, bu vaxt başçının birinci müavini tərəfindən döyüldüyünü və pəncərədən atıldığını bildirir.
BAKU.WS xəbər verir ki, İTV Xəbər hadisəni yerində araşdırmaq üçün Goranboya yollanıb.
Arzu Verdiyev videomüraciətində söylədiklərini təkrarlayıb və rayon icra başçısının birinci müavini Ceyhun Həsənov tərəfindən zorakılığa məruz qaldığını bildirib.
Goranbor rayon icra başçısının birinci müavini Ceyhun Həsənov deyilənləri şər və böhtan adlandırıb. Onun sözlərinə görə, Arzu Verdiyev kənd ərazisində torpaqları qanunsuz mənimsəyir və bu əməlini ört-basdır etmək üçün rayon rəhbərliyinə təsir göstərir.
Oxşar xəbərlər
Vilayət Eyvazov müstəntiqi CƏZALANDIRDI - Bacı-qardaşın ölüm səbəbini ört-basdır edirmiş
Ötən ilin iyul ayında avtomobil qəzası nəticəsində iki övladını itirən Sabirabad rayonu Nərimankənd kəndinin sakini Usubova Məlahət Yəhya qızı və həyat yoldaşı...