Azərbaycanda Qızıl Orduya məxsus partlamamış hərbi sursatlar tapıldı - FOTO
04
sen
2019
18:09
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
1991-ci ildə keçmiş SSRİ Silahlı Qüvvələrinin Ağstafa rayonunun Saloğlu qəsəbəsi yaxınlığındakı silah anbarının partlaması nəticəsində 40 milyon kvadratmetr əraziyə partlayıcı maddə və digər hərbi sursat yayılıb.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik bu ilin yanvar ayından bu günədək kənd ərazisində axtarışlar aparır.Bu günədək 1000-dək müxtəlif adda silah-sursat, partlayıcı maddə, mərmi başlıqları və.s tapılıb. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik artıq 9 aydır ki, Saloğlu kənd əraizisində təmizlik işləri gedir.Bu kənddə hazırda təhlükəli vəziyyət davam edir.Əhali silahların istifadəyə yararsız olduğunu zənn edib həyət-bacada müxtəlif məqsədlərlə istifadə edirlər. Məsələn evlərin birində “Qrad” mərmiləri dayaq olaraq yerə basdırılıb.Kənd ərazisində hər hansı bir xoşagəlməz halların yaşanmaması üçün ANAMA-nın əməkdaşları sakinlərlə vaxtaşırı söhbətlər edir, maarifləndirici lövhələr asırlar.Qəsəbə ərazisində təhlükəsizlik tədbirləri və əhalinin gündəlik hərəkəti nəzərə alınaraq axtarışlar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Ucarda dəmiryolunun yaxınlığında mina tapıldı
Aprelin 16-da saat 14:39-da Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətindən, saat 15:48-də isə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İda...