Göygöl rayonunda 73 kq partlayıcı aşkarlanıb - FOTO
05
apr
2018
19:34
Bu gün saat 12:04-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində partlayıcı maddənin tapılması barədə məlumat daxil olub.ANAMA-dan BAKU.WS-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.Ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib, operativ əməliyyat axtarış tədbirləri nəticəsində 34 polietilen və 3 karton bağlamada ümumi çəkisi 73 kq (TNT ekvivalenti 75.19 kq) olan partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunub.Partlayıcı maddə zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.BAKU.WS
Oxşar xəbərlər
Füzulidə top mərmisi aşkarlanıb - FOTO
Füzulidə top mərmisi aşkarlanıb.Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) BAKU.WS-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyinin “...