Su kanalında partlamamış top mərmisi tapıldı

Su kanalında partlamamış top mərmisi tapıldı
Hadisə 1170
Beyləqanda top mərmisi (OF-412) aşkar edilib.Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) BAKU.WS-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Beyləqan şəhəri ərazisində su kanalında 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 5-ci məhəllədə su kanalına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar edilib, zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.BAKU.WS
Su kanalında partlamamış top mərmisi tapıldı
Su kanalında partlamamış top mərmisi tapıldı

Oxşar xəbərlər

Ağstafada minaatan mərmisi tapılıb

Ağstafada minaatan mərmisi tapılıb

Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən bu gün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa ray...

872 Hadisə 19:10 06 noyabr 2017

Son xəbərlər