Azərbaycanda qiymətli daşları və onlardan hazırlanan məhsulları nağd qaydada satanlar cərimələnəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda qiymətli daşların və onlardan hazırlanan məhsulların nağdsız qaydada satılmasına görə maliyyə sanksiyasının tətbiq olunmasl təklif edilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar Vergi Məcəlləsində, "Nağdsız hesablaşmalar haqqında" qanuna uyğun olaraq dəyişiklik edilməsi nəzərdə tutulur.
"Dəyişikliklərə səbəb Avropa Şurasının MONEYVAL komitəsinin tələbidir", - deyə vergi rəsmisi qeyd edib.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...