Azərbaycanda qəza zamanı sabiq polis əməkdaşı ölüb, 2 nəfər xəsarət alıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Samuxda ölümlə nəticələn ağır yol qəzası baş verib.
Hərəkətdə olan "VAZ" markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı evin hasarına çırpılması nəticəsində 1977-ci il təvəllüdlü Elmar Əsgərov hadisə yerində dünyasını dəyişib.
Qəza nəticəsində 1970-ci il təvəllüdlü Bəhman Nəbiyev Həsən oğlu və 1977-ci il təvəllüdlü Nəbiyev Zaur Fikrət oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Samuxda qəzada ölən şəxs sabiq polis əməkdaşı olub.
APA-nın məlumatına görə, minik maşının hasara çırpılması zamanı dünyasını dəyişən Elmar Əsgərov Samux Rayon Polis Şöbəsində çalışıbmış.
O, bir müddət əvvəl təqaüdə çıxıb.
Oxşar xəbərlər
Samir dünya çempionunu öldürmək üçün onu aylarla güdüb - FOTO
“Emin444” (Emin Səfərov) ləqəbli kriminal avtoritetin qisasını almaq məqsədilə idmançı Zaur Yusifovu qətlə yetirən E.Səfərovun xalası oğlu, 2000-ci il təvəllüdl...