Azərbaycanda qəbiristanlıqdan oğurluq edildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə qəbiristanlıqlardan metal güldanlar oğurlanıb.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə şəhər ərazisindəki qəbiristanlıqlardan birində gecə saatlarında naməlum şəxsin olması barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və bu zaman qəbiristanlıqdakı metal güldanları oğurlamaq istəyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin İbrahimov saxlanılıb.
Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən İ.İbrahimov törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Bakıda qadın kafedə tanış olduğu kişini evinə gətirdi, keçmiş əri isə... - Şok təfərrüat
Bakının Sabunçu rayonunda 1993-cü il təvəllüdlü Eldəniz şəxsi münasibətlər zəminində Əmiri (adlar şərti verilib - red.) qətlə yetirib. BAKU.WS bildirir ki, “tel...