Azərbaycanda qanunsuz ov edən ərəblər 10 min manat cərimələnib
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Saatlı rayonunda Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərini pozan xarici ölkə vətəndaşları saxlanılıb.
BAKU.WS xəbər verir ki, bunu Xidmət rəisi Hikmət Əlizadə bildirib.
O qeyd edib ki, araşdırma zamanı onların Küveyt vətəndaşları Jarrah Alazemi, Ahmad Alazemi, Saad Alazmi, Marzooq Alazmi, Rashed Alazemi, Ayedh Alazimi, Bəhreyn vətəndaşları Abdulla Rebai Hameed Khalaf, Mohamed Abdulwahab Ahmed Alharmasi Alhajrı və İmişli rayon sakini Dilavər İbişov olduğu müəyyən edilib.
Faktla bağlı akt, protokol tərtib edilib və təqsirkarlar ümumilikdə 10 352 manat məbləğində cərimə olunub.
Oxşar xəbərlər
Polisdən əməliyyat - Qadınlar narkotiklə saxlanıldı - ANBAAN VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalç...