“AMAY Abdulla" cinayətində 2 milyonluq dələduzluq
28
sen
2018
14:01
"Xudafərin" MMC-nin vəzifəli şəxsləri hakim qarşısına çıxarılıb.BAKU.WS “ölkə.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Xudafərin" MMC-nin vəzifəli şəxsləri – Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Türkiyə vətəndaşı Emin Gülün cinayət işi üzrə məhkəmə iclası keçirilib. Qeyd edək ki, onların barəsində həbs qətimkan tədbiri seçilməyib.Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Anar Məmmədov sərbəst ifadə verib.Məmmədov bildirib ki, 2002-ci ildən "Xudafərin" MMC-də menecer vəzifəsində çalışıb, daha sonra təsisçi, 2007-ci ildən isə direktor vəzifəsində işləyib:"Tikinti işləri zəiflədi, 2011-ci ildə Azər Xəlilov adlı bir nəfər Abdulla müəllimlə danışıb, 25 mənzilin tikinti işlərini üzərinə götürdü. Sonra mən direktor vəzifəsindən imtina etdim. Amma ora ara-sıra gedib-gəlirdim. Direktor vəzifəsinə isə Nicatı təyin etdik. Mən də təsisçi idim. Azər Xəlilovun işinə qarışmırdım.Heç bilmirdim ki, o, mənzilləri neçəyə satır. Bu barədə Azərdən soruşdum. O dedi ki, mənzilləri tikinti materialları aldığı şəxslərə girov kimi verib, pulu olanda geri qaytarır. Mən ona söylədim ki, aramızda müqavilə bağlayaq.Yəni ki, həmin girov qoyduğu mənzillər bizim MMC-yə aid olmasın, həmin mənzillər birbaşa Azərlə bağlı olsun. Buna görə də biz aramızda müqavilə bağladıq".Təqsirləndirilən A.Məmmədov qeyd edib ki, bir mənzilin bir neçə şəxsə satıldığını istintaq dövründə bilib.O, dələduzluq işindən xəbərsiz olduğunu deyib:"Kiminsə dələduzluq etdiyini haradan biləydim? Əgər dələdzuluq etsəydim, 2007-ci ildə həm təsisçi, həm də direktor idim, onda mənzilləri dələduzluq yolu ilə ələ keçirərdim. Həmin vaxt da 25 mənzil var idi. Onda satardım, çünki möhür də öz əlimdə idi. Mən bunu etmədim".Zərərçəkmişlər mülki iddialarını məhkəməyə təqdim ediblər. Zərərçəkmilərdən biri "AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə qarşı mülki iddia qaldırdığını qeyd edib."Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.Şirkət əməkdaşları mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər. Bildirək ki, bu şirkətin rəhbəri naxçıvanlı iş adamı "AMAY Abdulla" kimi tanınan Abdulla Abdullayevdir.Cinayət işində 47 zərərçəkmiş var. Təqsirləndirilən şəxslər ümumilikdə 2 milyon manat dəyərində dələduzluq etməkdə təqsirli bilinirlər.Onu da bildirək ki, iş adamının adı bir neçə qalmaqallı məhkəmə işlərində hallanıb. O, bir neçə il öncə həbsdən çıxıb.BAKU.WS
Oxşar xəbərlər
DTX-nın həbs etdiyi şəxsin məhkəməsində hakim özü-özünə etiraz edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu qanunsuz narkotik maddələri gətirməkdə təqsirləndirilən Çingiz Muradovun cinayət işi üzrə məhkəmə ic...