Azərbaycanda qadın qardaşını və anasını bıçaqladı

Azərbaycanda qadın qardaşını və anasını bıçaqladı
Hadisə 438

Ağsuda bıçaqlanma hadisəsi olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Vidadi küçəsi, ev 31-də qeydə alınıb. Belə ki, həmin mənzildə yaşayan rayon sakini, 1974-cü il təvəllüdlü Müslim Cəbiyev bacısı, 1967-ci il təvəllüdlü Arzu Cəbiyeva tərəfindən bıçaqlanıb.

Araşdırmalar zamanı məlum olub ki, M. Cəbiyev sərxoş vəziyyətdə mənzilə daxil olub.

Evdə ailə münaqişəsi zəminində mübahisə düşüb.

Bu zaman A. Cəbiyeva qardaşını bıçaqlayıb.

Hadisə zamanı A. Cəbiyevanın anası, 1938-ci il təvəllüdlü Maya Cəbiyeva da xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər