Azərbaycanda "Priora" camışı vurdu - ölən və xəsarət alan var

01
okt
2019
11:43
Astara rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə Ələt-Astara-İran sərhəd yolunun rayonun Şahağacı kəndindən keçən hissəsində qeydə alınıb.Belə ki, 1975-ci il təvəllüdlü, Lənkəran şəhər sakini Zaur Mustafa oğlu Hacıyevin idarə etdiyi Lada "Priora" markalı 99 NM 246 dövlət qeydiyyat nişanlı avtomobil Ələt istiqamətində hərəkətdə olarkən qarşısına qəfildən çıxan camışı vurub.Nəticədə sürücü ağır bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.Avtomobildəki sərnişin, hələlik şəxsiyyəti məlum olmayan Masallı rayon sakini isə ölüb.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda maşın körpüdən aşdı: bir ailənin üç üzvü xəsarət aldı
Astara rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə ötən gecə Ələt-Astara-İran İslam Resp...