Azərbaycanda polislərdən 80 manat istənilməsilə bağlı görüntülər yayıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə polisdən aylıq xərac istənilməsinə dair videogörüntü yayılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, görüntülərdə Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) vəzifəli şəxsi polislərdən adambaşına 80 manatdan pul gətirmələrini istəyir.
Məsələ sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və ciddi müzakirələrə səbəb olub.
Yayılan videogörüntülərlə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, “TikTok”da yayılan görüntülərdən məlumatlıdırlar:
“Bu görüntülər qərəzlidir, məqsədli olaraq sosial şəbəkələrə ötürülüb. Bu, 3 il əvvəl Sabirabad RPŞ-nin Post-Patrul bölüyünün iclasında bir müddət bundan öncə daxili işlər orqanlarından mənfi motivlərə görə xaric olunan əməkdaş tərəfindən çəkilib.
Həmin iclasda bir yubiley tədbirinin təntənəli keçirilməsi üçün bölük əməkdaşlarının təşəbbüsü olub. Lakin sonradan tədbir baş tutmayıb. Görüntüdə əks olunan bölük komandiri olub”.
Oxşar xəbərlər
Videosu yayıldığı üçün işini itirən polislər... - VİDEO
Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksində də qeyd olunduğu kimi, bu qurumda çalışan şəxslər Azərbaycanın qanunvericiliyinə, cəmiyyətdə qəbu...