Azərbaycanda polisə atəş açılması ilə nəticələnən hadisənin TƏFƏRRÜATI
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 30-u saat 01 radələrində Beyləqan rayonu, Aşağı Çəmənli kəndi ərazisində Beyləqan rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur.
BAKU.WS-in məlumatına görə, araşdırmalarla müəyyən edilmişdir ki, kənd sakini 1981-ci il təvəllüdlü Eldəniz Alışov kənd ərazisində xidmətdə olan Beyləqan rayon Polis Şöbəsinin Post Patrul Xidməti (PPX) bölməsinin polis nəfərləri Mirsahib Abdullayev və Sarvan Çıraqzadənin ona yaxınlaşaraq üzərində olan qoşalülə ov tüfənginin sənədlərini tələb etdikdə Eldəniz Alışov silahın qeydiyyatsız olduğunu deyib. Polis əməkdaşları silahı təhvil verməsini tələb etdikdə isə E.Alışov Sarvan Çıraqzadənin sağ ayağına atəş açaraq xəsarət yetirib. E.Alışov ikinci dəfə atəş açmağa cəhd etdikdə polis əməkdaşları silahı onun əlindən alıblar.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda cinayət işi üzrə istintaq davam edir.
Oxşar xəbərlər
Azərbaycanda polisə atəş açdılar
Beyləqanda polislər silahlı şəxsi tərksilah edib. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 29-...