Azərbaycanda polis mayoru qəzada öldü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, qəza zamanı “Chevrolet Cruze” markalı avtomobil yük maşınına çırpılıb.
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü, 32 yaşlı Faiq Cəfərov ağır xəsarətlər alıb.
O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, polis mayoru F.Cəfərov Yevlax Rayon Polis Şöbəsinin baş təhqiqatçısı vəzifəsində çalışıb. Qəza işdən evə gedən zaman baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan faktı saytımıza təsdiqləyiblər.
Oxşar xəbərlər
Qəzada ölən qardaşlarının yasına gedən bacılar da qəzada öldü - VİDEO
Kürdəmirdə 4 nəfərin ölümü, 7 nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb. BAKU.WS xəbər verir ki, Daxili İşlər Na...