Azərbaycanda polis əməkdaşları qəzaya düşüb - Biri ölüb, digəri yaralanıb - FOTO

Azərbaycanda polis əməkdaşları qəzaya düşüb - Biri ölüb, digəri yaralanıb - FOTO
Foto
Hadisə 248

Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Oğuz-Şəki avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Filfilli kənd sakini, 1995-ci il təvəllüdlü Şamxal Sərdar oğlu Seyidəliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən maşın yol kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində gənc sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun sərnişini, rayonun Yemişənli kənd sakini, 1998-ci il təvəllüdlü İbrahim Nizami oğlu Səfərov müxtəlif xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlar Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarıdır.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov faktı təsdiqləyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər