Ağstafadakı partlayışla bağlı cinayət işi başlanıb - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafadakı partlayışla bağlı cinayət işi başlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Ağstafa rayon prokurorluğu məlumat yayıb.
Məlumatda deyilir ki, aprelin 22-si saat 21 radələrində Ağstafa rayonunun Vurğun qəsəbəsi ərazisində fəaliyyət göstərməyən köhnə heyvandarlıq fermasının ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub.
İlkin araşdırma zamanı qeyd olunan ünvanda kömür istehsalı prosesində baş verən partlayış nəticəsində 1979-cu il təvəllüdlü Cəmil Əsgərov və 1973-cü il təvəllüdlü Asim Bayramovun ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq aparılır.
***21:33
Ağstafa rayonunda tikinti materialları sexində partlayış baş verib, ölənlər var.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Həsənsu kənd ərazisində qeydə alınıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Neftçalanın sabiq icra başçısına hökm oxunur
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-in keçmiş başçısının birinci mü...