Azərbaycanda partiya sədrinin sürücüsü azyaşlı qızı döyüb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri Xanhüseyn Kazımlının sürücüsü azyaşlı qıza xəsarət yetirib.
BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Report-a verilən məlumata görə, hadisə iyulun 29-da axşam saatlarında paytaxt ərazisində qeydə alınıb.
Bildirilib ki, sürücü Məmmədov Samir Həsən oğlu idarə etdiyi “Range Rover” markalı avtomobilə piyada qismində yaxınlaşan azyaşlı qıza zor tətbiq edib:
“Hadisədən əvvəl avtomobildə sərnişin qismində olan şəxs həmin azyaşlı ilə mübahisə edib. Daha sonra sürücü maşından düşərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.
Qeyd edilib ki, hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində təhqiqat aparılır.
Oxşar xəbərlər
4 nəfərin öldüyü “Range Rover” qəzası ilə bağlı - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, "Range Rover"i Ələsgər Əliyevin idarə etməsi ilkin məluma...