Azərbaycanda ötən il 2 tona yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb
2025-ci il ərzində gömrük orqanları tərəfindən görülən tədbirlər nəticəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 97 fakt aşkar olunub və bu faktlar üzrə, ümumilikdə 1 ton 824 kq 453 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə BAKU.WS-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, aşkar edilən narkotiklərin 1 ton 274 kq 889 qramını marixuana, 451 kq 012 qramını heroin, 86 kq 522 qramını həşiş, 10 kq 867 qramını metamfetamin, 584 qramını metadon, 211 qramını tiryək, 154 qramını kokain və digər maddələr təşkil edib.
Qeyd edək ki, qanunsuz dövriyyədən götürülmüş narkotiklərin 97.1%-i Azərbaycan ərazisindən tranzit yolla keçirilməklə Avropanın qara bazarlarına çıxarılması üçün nəzərdə tutulurdu.
Ötən il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 95 nəfər barəsində müvafiq tədbir görülüb, həmçinin narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 5 cinayətkar dəstə ifşa edilib.
Eyni zamanda,105 cinayət işi üzrə gömrük orqanları tərəfindən müxtəlif illərdə qanunsuz dövriyyədən götürülmüş və barələrində məhkəmənin məhvetmə qərarı qəbul edilmiş, ümumilikdə 6 ton 715 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddələr yandırılmaqla məhv edilib.
Oxşar xəbərlər
Pasiyenti komaya salan estetik cərrah və anestezioloqun istintaqı yekunlaşıb: Məhkəmə başlayır
Lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın həyata keçirdiyi əməliyyat zamanı xəstənin komaya düşməsi ilə bağlı onun anasının şikayəti əsa...