Azərbaycanda oğul atasını öldürdü
07
mar
2025
10:54
Biləsuvar rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, martın 6-sı axşam saat 9 radələrində 1995-ci il təvəllüdlü Eyvaz Bağırlının yaşadığı Təzəkənd kəndindəki evdə tüfənglə ehtiyatsız davranması nəticəsində atəş açılıb və güllə onun 1968-ci il təvəllüdlü atası İqbal Bağırova dəyib.
Xəstəxanaya yerləşdirilən İ.Bağırov orada ölüb.
Eyvaz Bağırlı saxlanılıb və ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş "İJ-58" markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bir milyon manatlıq siqareti qaçaqmalçılıqla ölkəyə gətirənlərin məhkəməsi başladı
Aksiz markası ilə markalanmalı olan tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsində təqsirləndirilən Zaur Gülməmmədov, Vüsal Sadıqov,...