Oğuzda meşədə baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Oğuz rayonunun Xaçmaz kəndinin yüksək dağlıq ərazisindəki meşə sahəsində baş verən yanğın lokallaşdırılıb.
BAKU.WS "Oxu.Az"a istinadən xəbərt verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, ETSN-nin, Fövqəladə Hallar Nazirliyinin, rayon icra hakimiyyətinin və yerli kənd camaatının köməyi ilə yanğın artıq lokallaşdırılıb:
"Ərazi nəzarətə götürülüb. Profilaktik tədbirlər baxımından ərazidə yenidən yanğının baş verməməsi üçün əməkdaşlarımız tərəfindən növbətçilik sistemi təşkil edilib".
***
19.18
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.
BAKU.WS FHN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Qəbələdə yanğının söndürülməsinə helikopter cəlb olunub - YENİLƏNİB
Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlə...