Azərbaycanda narkotik satan müğənni saxlanıldı - FOTO

Azərbaycanda narkotik satan müğənni saxlanıldı - FOTO
Hadisə 1495

Narkotik vasitələrin satışı ilə məşğul olan müğənni “Abbas Yardımlı” və daha bir nəfər saxlanılıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan Yardımlı rayonu Məlikli kənd sakini Zahir İbayev Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Onun üzərində şəxsi axtarış aparılan zaman 500 qram narkotik vasitə olan heroin və 600 qram tiryək aşkar edilərk götürülüb. Z.İsayev ifadəsində narkotik vasitələri həmkədlisi Abbas Həşimovdan aldığını bildirib.

Azərbaycanda narkotik satan müğənni saxlanıldı - FOTO
Baş İdarə əməkdaşlarını tərəfindən həmin şəxs də qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma zamanı müəyyən edilib ki, A.Həşimov “Abbas Yardımlı” adı ilə yaşadığı rayon, ətraf bölgələr, həmçinin dəvət edildiyi İran ərazisində keçirilən toy məclislərində tez-tez müğənni kimi iştirak edir. O, hər dəfə İran ərazisində olduğu toylardan qayıdan zaman gizli yolla satmaq məqsədi özü ilə narkotik vasitələr gətirib.

Azərbaycanda narkotik satan müğənni saxlanıldı - FOTO
Sonuncu dəfə isə A.Həşimov şəxsiyyəti istintaqa məlum olmayan “Xudayar” adlı İran vətəndaşı ilə gizli yolla razılaşaraq ondan satmaq niyyəti ilə külli miqdarda narkotik vasitə əldə edib. Daha sonra A.Həşimov narkotik vasitələri satmaq niyyəti ilə həmyerlisi Z.İbayevə verib.

Azərbaycanda narkotik satan müğənni saxlanıldı - FOTO
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Cəlilabadda 4 kq heroin satmaq istəyən şəxs tutulub - FOTO

Cəlilabadda 4 kq heroin satmaq istəyən şəxs tutulub - FOTO

Cəlilabadda külli miqdarda heroin satmaq istəyən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Cəlilabad...

404 Hadisə 13:30 10 yanvar 2020

Son xəbərlər