Azərbaycanda narkotacirlər ən çox bu bölgələrdə aşkarlanır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda narkotiklə mübaribə nə qədər artsa və gücləndirilsə də ağ ölümlə oynayanların sayı azalmır. Hər gün başqa bir dəstə sərhəddən narkotik vasitələri keçirməyə çalışır.
Ötən gün də genişmiqyaslı əməliyyat keçirildi. Bu əməliyyat nəticəsində İrandan 102 kiloqramdan çox narkotik vasitəni Azərbaycana keçirmək istəyənlər saxlanıldı.
Azərbaycanda narkotacirlərin ən çox hansı bölgələrdə olması maraqla qarşılanır.
BAKU.WS-in məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin qrup rəisi Nəcəf Aydınoğlu ARB24-ə bildirib ki, daha çox narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil olunmasına paytaxtda Yasamal və Suraxanı rayonları ərazisində rast gəlinir.
Oxşar xəbərlər
Sosial şəbəkələrdə onlayn narkotik satan qadın və dəstə üzvləri saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyi tərəfindən təmassız, yəni onlayn yolla narkotik vasitə və psixotrop maddələrin sosial şəbəkələrdə satışı ilə məşğul olan, bu yolla əldə o...