Azərbaycanda narkotacir həbs edildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs həbs edilib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.
Daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, 588 saylı qəsəbədə yaşayan Elvin Sadıqov saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman müxtəlif qablaşdırmalarda metamfetamin, heroin, tiryək və marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Sadıqov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Polis əməliyyatlar keçirib, daha 21 nəfər saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini və qaçaq...