Azərbaycanda müəllim intihar etdi

Azərbaycanda müəllim intihar etdi
Hadisə 185

Lənkəran rayonunda 61 yaşlı kişi özünü asıb.

BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə rayonun Gəgiran ərazi nümayəndəliyinə aid Diryan kəndində baş verib.

Belə ki, kəndə yaxın meşə ərazisində bədən tərbiyəsi müəllimi işləyən, 1961-ci il təvəllüdlü Allahyar Qasım oğlu Rəhmətovun meyiti tapılıb.

Yaxınlarının sözlərinə görə, dünən axşamdan evə qayıtmadığından ailə üzvləri onu axtarıb və meyitini meşəlik ərazidə asılmış vəziyyətdə aşkar ediblər.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər