Azərbaycanda müəllim həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə orta məktəb müəllimi həbs edilib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Mingəçevir şəhər 11 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Rasim Məmmədov (soyad şərtidir - red.) dələduzluqda ittiham edilib.
O, vətəndaşların etibarından sui-istifadə edərək, onlardan xeyli miqdarda pul alaraq mənimsəyib. R.Məmmədov bir neçə nəfəri aldatmaqla, onlara 200 min manata yaxın vəsaiti alaraq mənimsəməkdə təqsirləndirilib.
Zərərçəkmişlərin şikayətlərindən sonra R.Məmmədov saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov 6 il 6 ay azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...