Azərbaycanda məktəblini traktor vurub öldürdü
22
iyn
2022
10:13
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtərdə ölümlə nəticələnən yol qəzası olub.
BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Əliyev Pərvin Yusif oğlu idarə etdiyi "T-28" markalı traktorla Goranboy-Tərtər yolunun Qaradağlı kəndində hərəkətdə olarkən yolu keçmək istəyən 13 yaşlı Alquliyev Füzuli Bayram oğlunu vurub. Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı Tərtər rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, F.Alquliyev həmin kənd məktəbində 7-ci sinifdə təhsil alırmış.
Oxşar xəbərlər
Azərbaycan məktəbində bullinq: Şagird intihara cəhd etdi - YENİLƏNİB
Ucar Rayon Təhsil Şöbəsi Qaradağlı kənd orta məktəbində təhsil alan şagirdin intihara cəhdi ilə bağlı açıqlama verib. BAKU.WS-in məlumatına görə, qurumdan bildi...