Azərbaycanda məktəbli bıçaqlandı

Azərbaycanda məktəbli bıçaqlandı
Hadisə 152

Siyəzən rayonunda məktəbli bıçaqlanıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə şəhərin C.Cabbarlı adına 1 saylı tam orta məktəbində qeydə alınıb.

Belə ki, IX sinif şagirdi M.X. (ad, soy adı şərti) mübahisə zəminində X sinif şagirdi F.T.-yə (ad, soy adı şərti) bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb və əməliyyat edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, M.X. Siyəzən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin səbəbləri araşdırılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov faktı təsdiqləyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər