Azərbaycanda maşın yanıb - VİDEO

Azərbaycanda maşın yanıb - VİDEO
Video
Hadisə 53

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 67 yanğına çıxış, 17 halda köməksiz vəziyyətdə qalma, 1 partlayış və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən qeyri-iş günləri ərzində 7-si azyaşlı olmaqla 28 nəfər xilas edilib, 5 nəfər xəsarət alıb, yanğın zamanı 1 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, avtoqəzalar nəticəsində 3 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər