Azərbaycanda körpə uşaq yuyucu vasitəsi içərək zəhərlənib

Azərbaycanda körpə uşaq yuyucu vasitəsi içərək zəhərlənib
Hadisə 65

Ağdaş rayonunda körpə uşaq yuyucu vasitəsi içərək zəhərlənib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə fevralın 2-də rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 2020-ci il təvəllüdlü N.Şirinzadə evdə olan zaman nəzarətsiz qalıb. Bu zaman körpə yuyucu vasitəsi içib. Daha sonra o, zəhərlənmə diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyi nəticəsində N.Şirinzadənin həyatını xilas etmək mümkün olub.

Hazırda körpənin vəziyyəti normaldır.

Son xəbərlər