Azərbaycanda kollec müəllimi kirayədə qaldığı evdə qətlə yetirildi

Azərbaycanda kollec müəllimi kirayədə qaldığı evdə qətlə yetirildi
Hadisə 1479

Gəncə Tibb Kollecinin müəllimi yaşadığı evdə qətlə yetirilib.

BAKU.WS bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə şəhərin Bağmanlar qəsəbəsi M.Gəncəvi küçəsində qeydə alınıb.

Gəncə şəhər Tibb Kollecində müəllim işləyən Dəmirov Yusif Fərhad oğlunun yaşadığı evdə meyidi aşkar edilib.

Aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, adıçəkilən şəxs bıçaqla qətlə yetirilərək öldürülüb.

Hadisə yeri nə Gəncə şəhər Prokurorluğu və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb olunub

Müəyyən ekspertizalar aparılıb, qətli törədən şəxs və ya şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı cinayət işi açılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər