Azərbaycanda kişi arvadını güllələdi
09
sen
2024
13:25
Lerikdə silahlı insident olub.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Zövnə kəndində qeydə alınıb.
Kənd sakini, 32 yaşlı Cəfər Cəfərov həmyaşıdı olan arvadı M.Əliqismətqızını güllələyib.
Saxlanılan C.Cəfərov arvadını qəsdən güllələmədiyini bildirib.
O qeyd edib ki, məqsədi arvadını qorxutmaq olub. Bu məqsədlə tüfəngdən yerə atəş açıb və nəticədə silahdan çıxan qırma arvadının kürək nahiyəsinə dəyib.
C.Cəfərovdan qanunsuz saxladığı 1 ədəd "İJ" markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Üç uşaq anası sosial şəbəkədə kişi ilə tanış oldu, ərini AMANSIZLIQLA ÖLDÜRDÜ
Bərdə rayonunda 1994-cü il təvəllüdlü Fidan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Şirvanı (adlar şərti verilib - red.) qətlə yetirib....