Azərbaycanda kişi 13 yaşlı qardaşı qızını qaçırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlaxda itkin düşən 13 yaşlı qızın əmisi tərəfindən qaçırıldığı məlum olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun məlumatına görə, dekabrın 13-də Yevlax rayon sakini İ.Mustafayevin qızı N.M. və qardaşı Elçin Mustafayevin itkin düşməsi ilə bağlı Rayon Polis Şöbəsinə etdiyi müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb.
Polis əməkdaşları tərəfindən bütün mümkün ehtimallar nəzərdən keçirilib və E.Mustafayevin qardaşı qızı N.M.-nı Bakı şəhərinə apardığı müəyyənləşdirilib. Keçirilmiş tədbirlərlə onların qaldıqları yer aşkar olunaraq Yevlax Rayon Polis Şöbəsinə gətiriliblər.
Faktla bağlı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin 150.3.3 (on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Qızın əmisi tərəfindən seksual hərəkətlərə məruz qaldığı ehtimal olunur.
Oxşar xəbərlər
15 yaşlı qızı evlənmək adı ilə Novxanıdakı evinə apardı, dəfələrlə əlaqəyə girdi - ŞOK TƏFƏRRÜAT
Abşeron rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan 1999-cu il təvəllüdlü İlham Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi ba...