Azərbaycanda jurnalistin şikayətinə görə baş həkim cəzalandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
"Səhiyyə sahəsində aparılan islahatlara kölgə salan istənilən neqativ hərəkət bizi narahat və məyus edir".
Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat verilib. Məlumata görə, jurnalist Aynur Elgünəşin Mingəçevir ŞMX-da qarşılaşdığı xoşagəlməz münasibət barədə aparılan araşdırmanın nəticələrinə əsasən, səlahiyyətli şəxslər cəzalandırılıb.
"Belə ki, xəstəxananın baş həkimi Eldar Kərimov, travmatoloq Cavid İsmayılov, cərrah Tofiq Balakişiyev intizam məsuliyyətinə cəlb edilərək töhmət verilib.
Ümid edirik ki, bir daha tibb işçiləri tərəfindən həkim etikasına yaraşmayan belə davranışlar təkrarlanmayacaq. Vətəndaşlarımızı, eləcə də media təmsilçilərini isə neqativ hallara qarşı mübarizədə birgə fəaliyyətə dəvət edirik. Əminik ki, ictimai qınaq bəhrəsini verəcək", - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
Eldar Mahmudovu həbsdən kənar saxlayan səbəb...
Bir daha sabiq naziri həbsdən kənar saxlayan mübhəm səbəb haqda...Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 2018-ci ili də səksəkə içində keçirdi. Gözləni...