Dağlıq ərazidə itkin düşmüş şəxslər tapılaraq İsmayıllıya gətiriliblər - YENİLƏNİB

Dağlıq ərazidə itkin düşmüş şəxslər tapılaraq İsmayıllıya gətiriliblər - YENİLƏNİB
Hadisə 3

Azərbaycanda dağlıq ərazidə itkin düşmüş şəxslər artıq İsmayıllı rayonuna gətiriliblər.

Oxu.Az-ın məlumatına görə, alim Elnur Nəciyev və Emil Cəbrayılov olduqları ərazidən Şahdağ Milli Parkın İsmayıllı bölməsi ərazisindədirlər.

Hazırda onlar həkim nəzarəti altındadırlar.

***12.08

Azərbaycanda dağlıq ərazidə itkin düşmüş şəxslər təxliyə ediliblər.

Oxu.Az-ın məlumatına görə, alim Elnur Nəciyev və Emil Cəbrayılov olduqları ərazidən İsmayıllıya gətirilirlər.

***08:28

Dağlıq ərazidə itkin düşmüş şəxslər tapılıb.

Bu barədə “Report”a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

“İtkin düşmüş 2 vətəndaşın axtarışına Şahdağ Milli Parkından ərazini yaxşı tanıyan 17 əməkdaş ayrılıb. Saat 7 – 8-ə işləmiş radələrində komandalar bir-birinə xəbər ötürərək bildiriblər ki, 2 vətəndaş tapılıb. Sadəcə ərazi dumanlı, relyef isə mürəkkəb olduğuna görə dağdan enmək çətindir. Günorta saat 1-2 üçün aşağı düşə biləcəklər. Bununla belə, səhhətlərində heç bir problem yoxdur. Digər komandalara da məlumat verilib, onların düşürülməsi təşkil ediləcək”, - o qeyd edib.

Xatırladaq ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə Elnur Nəciyev və və Emil Cəbrayılov adlı gənc alimlərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdu.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər