Azərbaycanda ilk dəfə beşəm dünyaya gəlib - FOTO

12
iyn
2021
22:12
Azərbaycanda ilk dəfə beşəm dünyaya gəlib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu gün özəl xəstəxanalardan birində 29 yaşlı qadın doğum edib.
Doğulan körpələrdən dördü oğlan, biri qızdır. Müvafiq olaraq oğlanlardan ikisinin çəkisi 1100 qr, biri 1000 qr, biri 845 qr, qız isə 1200 qr olub.
Həkim ginekoloqlar Öndər Tulumbacı və Emin Haqverdiyevin nəzarəti altında dünyaya gələn beşəm 29-cu həftədə dünyaya gəliblər.
İlkin məlumata görə, hazırda ana və uşaqların vəziyyəti normaldır.

Oxşar xəbərlər
Bakıda faciəvi şəkildə ölən modelin anasından ŞOK İDDİALAR (FOTO)
Model Leyla Oruclunun Bakıda özəl klinikalardan birində əməliyyat zamanı həyatını itirməsindən 15 gün ötür. Hadisənin üstündən günlər keçsə, bu mövzu mətbuatın...