Azərbaycanda İkinci Dünya Müharibəsinin 98 yaşlı iştirakçısı vəfat edib
16
sen
2024
17:17
İkinci Dünya Müharibəsinin arxa cəbhəsində xidmət etmiş Mahmudov Məcməddin Xanbaba oğlu dünən, 15 sentyabr 2024-cü ildə vəfat edib.
Bu barədə onun yaxınları BAKU.WS-in "qaynar xətti"nə məlumat verib.
Bildirilib ki, Məcməddin Mahmudov, 12 mart 1926-cı ildə Qərbi Azərbaycanın Krasnoselo rayonunda anadan olub. Mahmudov Məcməddin doğulduğu kənddə məktəb direktor müavini və partiya komitəsinin sədri kimi çalışıb, rayonun hörmətli ziyalılarından biri olaraq tanınıb.
Müharibədə göstərdiyi xidmətlərə görə bir çox medallarla təltif edilib.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Bakıda kafedə dava zamanı bir nəfər öldürüldü - 9 nəfər saxlanıldı - ANBAAN VİDEO
İnsidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Bu barədə DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildirilib. Qeyd olunub ki, hazır...