Azərbaycanda iki körpəsini sığınacağa atan qadının görüntüsü - VİDEO

Azərbaycanda iki körpəsini sığınacağa atan qadının görüntüsü - VİDEO
Video
Hadisə 298

Uşaqlarını sığınacağa ataraq gedən qadının görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova paylaşım edib.

O bildirib ki, uşaqlarını sığınacağa qapıdan tələsik verib gedən qadının görüntülərini ictimailəşdirməkdə məqsəd qadının səhər gəlib polis işçilərinə, eləcə də sığınacaq işçilərinə qeyri-etik ifadələr işlədərək uşaqları geri götürmək istədiyini bildirməsidir.

"Biz uşaqları qadına vermədik. Uşaqları yalnız yerli icra hakimiyyətinin qərarından sonra qadına təhvil verə biləcəyimizi bildirdik. Bundan əlavə, qadın uşaqları və özünü benzinlə yandıracağı ilə bağlı hədələr işlətdi", - deyə Mehriban Zeynalova qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər